Biznes kreditlərinin çoxu iri sahibkarlara verilir – RƏQƏMLƏR

Biznes kreditlərinin çoxu iri sahibkarlara verilir – RƏQƏMLƏR

Azərbaycanda verilən biznes kreditlərinin çox hissəsini iri sahibkarlar alır.

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin iyunun 1-nə olan məlumata görə, sahibkarların 13,785 milyard manata yaxın kredit borcu olub. Son bir ildə kredit borcunun məbləği 2,614 milyard manat və ya 23,4 faiz artıb.

 

Sahibkarlıq subyektlərinin növləri üzrə baxdıqda məlum olur ki, kreditlərdən ən böyük pay iri sahibkarlara verilib. Bu ayın əvvəlinə aid olan məlumata əsasən, iri sahibkarların 7,93 milyard manat kredit borcu var. Son bir ildə iri sahibkarların borcu 2,965 milyard manat və ya 60 faiz artıb.

 

Belə yüksək artıma qədər biznes kreditlərinin 44,4 faizini iri sahibkarlar almışdı. Amma indi biznes kreditlərin 57,5 faizi iri sahibkarlardadır.

 

Son bir ildə orta və kiçik sahibkara verilən kreditlər azalıb, yalnız mikro sahibkarlara ayrılan kreditlər artıb. Mikro sahibkarların kredit borcu 600 milyon manatdan çox artaraq 2,73 milyard manata çatıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR