Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti 89 dollara çatıb.

 

Sfera.az xəbər verir ki, iyun ayının əvvəlindən Azərbaycan neftinin qiymətinin yüksəlməsi müşahidə olunur. Bu ilin iyunun əvvəlində neftin qiyməti 78 dollara qədər enmişdi. Son günlər neft bazarında qiymətlərin yenidən yüksəlməsi “Azeri Light”ın da dəyərini artırır.

 

Təxminən 20 gün ərzində Azərbaycan nefti 11 dollar bahalaşıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR