Banklar iyunda nə qədər dollar alıb? - MƏBLƏĞ

Banklar iyunda nə qədər dollar alıb? - MƏBLƏĞ

Azərbaycan bankları iyunda keçirilən valyuta hərraclarında 581 milyon dollar dəyərində xarici valyuta alıblar.

 

Sfera.az iyun ayına aid olan hərrac göstəricilərinə istinadən bildirir ki, cari ayda ümumilikdə 7 valyuta hərracı keçirilib və bu hərracların hər birində orta hesabla 83 milyon dollar alınıb.

 

İyunda satılan valyutanın həcmi mayda satılan xarici valyutanın həcmi ilə müqayisədə bir qədər yüksəkdir. Mayda 558,6 milyon dollar satılmışdı ki, bu da iyundakı satışa nisbətən 22,4 milyon dollar azdır.

 

Ümumilikdə, yanvar-iyun ayları ərzində banklar 3,549 milyard dollar dəyərində xarici valyuta alıblar. Ötən müddətdə hər ay alınan valyutanın məbləği orta hesabla 591,5 milyon dollar təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR