Dollar bu valyutalara qarşı UCUZLAŞACAQ - PROQNOZ

Dollar bu valyutalara qarşı UCUZLAŞACAQ - PROQNOZ

Dünyanın böyük investisiya qurumlarından bir olan “Ebury”nin iyun proqnozuna əsasən, ABŞ dolları “G-10” ölkələrinin valyutalarına nəzərən ucuzlaşacaq.

 

Sfera.az xəbər verir ki, “G-10” qrupuna ABŞ, Böyük Britaniya, İsveçrə, İsveç, Niderland, Yaponiya, İtaliya, Almaniya, Fransa, Kanada və Belçika daxildir. Bu ölkələrin milli valyutaları dedikdə funt-sterlinq, avro, frank, dollar (Kanada) və yen nəzərdə tutulur.

 

Proqnoza əsasən, İsveçrə frankı istisna olmaqla, bütün “G-10” ölkələrinin valyutalarına qarşı ABŞ dollarının bir qədər ucuzlaşacağı gözlənilir. Qurum proqnozlaşdırır ki, dollar hazırda bahadır və bu, FED-in faizləri endirmə ehtimalını artırır. Bununla yanaşı, investisiya şirkəti 2024-cü ilin sonunda prezident seçkilərinin keçirilməsinin və bununla bağlı narahatçılığın mövcud olmasının da dolların məzənnəsi üçün müəyyən risklər yaratdığını düşünür. “Ebury” prezident seçkilərinin dollar üçün daha böyük risk yaratdığı fikrindədir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR