Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

Azərbaycanın ən böyük heyvandarlıq rayonları hansılardır? - ADLAR

2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda 2,513 milyon baş iribuynuzlu mal-qara, 7,21 milyon baş qoyun və keçi var.


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizdə ən çox iribuynuzlu mal-qara saxlanılan rayonlar Qarabağ, Aran və cənub regionlarında yerləşir. 


Daha çox iribuynuzlu mal-qara Sabirabad rayonu (124,5 min baş), Bərdə rayonu (103,7 min baş), İmişli rayonu (96 min baş) və Cəlilabad rayonuda (91 min baş) saxlanılır. 


Azərbaycanda böyük heyvan bazarları ilə məşhur olan Beyləqan rayonunda saxlanılan iribuynuzlu heyvan sayı adıçəkilən rayonlarla müqayisədə xeyli azdır. Beyləqanda 60,5 min baş iribuynuzlu heyvan var.


Qoyun və keçi sayına görə Beyləqan (292,5 min), Şəmkir (289 min), İmişli (253 min), Quba (244 min), Sabirabad (240,4 min), Gədəbəy (207 min) rayonları digərlərindən öndədir. Yuxarıda adıçəkilən və daha çox iribuynuzlu heyvanların saxlanıldığı rayonlarda da bəslənən qoyun və keçilərin sayı çoxdur. Həmin rayonların hər birində 100 min başdan çox qoyun və keçi saxlanılır. 


Region olaraq götürdükdə isə qərb bölgəsində (953,6 min), Mil-Muğan bölgəsində (903 min) qoyun və keçi saxlanılır. 


Ümumiləşdirdikdə görürük ki, Azərbaycanın ən böyük heyvandarlıq rayonları Sabirabad, İmişli, Beyləqan, Bərdə və Şəmkir rayonlarıdır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.   Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.   Kandill...