Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Azərbaycan Dövlət Neft Fondu sahib olduğu vəsaitlərin çox hissəsini xarici ölkələrə investisiya edib. 


Sfera.az xəbər verir ki, 57 milyard dollarlıq ümumi vəsaitin 55,3 faizi istiqrazlara və pul bazarı alətlərinə, 25,7 faizi səhmlərə, 5,8 faizi daşınmaz əmlaka yatırılıb.

 

Vəsaitlərin 13,2 faizi isə qızıl alışında istifadə olunub və alınan qızıl Azərbaycanda saxlanılır. Xarici regionlar üzrə müqayisə apardıqda Neft Fondunun ən çox sərmayə etdiyi regionlar Şimali Amerika və Qərbi Avropadır. 


Şimalı Amerikada cəmi vəsaitlərin 33,1 faizi, Qərbi Avropada isə 30,3 faizi yerləşdirilib. Asiya-Sakit Okean regionu sıralamada üçüncüdür. Bu regiona Fondun vəsaitlərinin 14,4 faizi investisiya olunub. 


Bunlardan başqa vəsaitlərin 0,7 faizi Avstraliyaya və hər birində 0,1 faiz olmaqla Yaxın Şərq, Afrika və Cənubi Amerika regionlarına yatırım edilib. 


Yerdə qalan vəsaitlərin 13,2 faizi qızılda və 8 faizi beynəlxalq maliyyə təşkilatlarında saxlanılır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Gürcüstanın baş naziri Türkiyəyə rəsmi SƏFƏR ETDİ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.   Sfera.az xəbər verir ki, bu bardə Gürcüstan Hökümət administrasiyası məlumat ...

"Yuxu nəzəriyyəsi" alt-üst oldu: "Tullantılardan təmizləmir!"

Yatarkən beynin toksinləri təmizlədiyi nəzəriyyəsi doğru olmaya bilər. Neyrologiya dünyasında geniş şəkildə qəbul edilən bu nəzəriyyə Alzheimer xəstəliyi üçün d...

Sabah yağış intensivləşəcək - PROQNOZ

Mayın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!

Bank kartlarından oğurluqlar davam edir.   Sfera.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, ...

Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Valideynlərin azyaşlı övladları ilə bağlı yaşadığı ən böyük problemlərdən biri də onları bağçaya göndərə bilməmələridir. Uşaq bağçasına ilk gəliş körpələr üçün ...

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər SAXLANILDI

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.   Bu barəd...