Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliənin insanın formalaşmasında, beyinin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Amma mütaliə mədəniyyətinə, ənənələrinə, vərdişlərinə zərbə vuran xeyli faktorlar da var.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Bəziləri deyirlər ki, Azərbaycan dilində oxumalı kitablar azdır və yaxud yeni ədəbiyyat nümunələri yetərli deyil. Bu fikirlərlə razılaşmaq olmaz. Çünki istər Azərbaycan dilində, istərsə də digər dillərdə ən azından elektron kitabxanalar vasitəsilə oxumalı kitablar tapmaq mümkündür. Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə, mütaliəni birdəfəlik leksionlarından çıxarıblar. Bəzi insanlar isə, xüsusilə gənclər min bir zəhmət hesabına təhsil alırlar, gecə-gündüz çalışırlar, nəticəsi olmur. İnsan öz zəhmətinin, intellektinin bəhrəsini görməlidir. Əgər görə bilmirsə, bu, ciddi fəsadlar yaradır. O zaman həmin insanın kitaba, dəftərə, mütaliəyə hansı müsbət münasibəti olacaq? Mən diqqət yetirirəm, çox dar çərçivələrdə poeziyaya, kitab oxumağa, mütaliəyə meyl var”.

 

Əkrəm Baydəmirli qeyd edib ki, ictimai elmlər inkişaf etməlidir. Bu ciddi məsələlər beyin mərkəzlərində təhlil olunmalıdır.

 

“Hər hansı pullu bir dələduz yox, elmli, təhsilli insanlar cəmiyyətdə ən hörmətli şəxs kimi qəbul olunmalıdır. Ona görə qəbul olunmalıdır ki, mütaliə bir həyat tərzinə çevrilsin. Yalnız müasir elmləri yüksək səviyyədə mənimsəyən insanlar cəmiyyətə bütün sferalarda fayda verə bilər. Ən vacibi isə mütaliə prosesini inkişaf etdirmək üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Çində qadınlardan daha çox uşaq dünyaya gətirmələri xahiş edilir

Çin doğum nisbətinin aşağı düşməsini dayandırmaq üçün getdikcə daha çox çarəsizləşdikcə, yerli partiya işçiləri qadınları daha çox uşaq sahibi olmağa təşviq etm...

107 ildir alnında “şeytan buynuz”u ilə yaşayır - FOTO

Çindən olan 107 yaşlı Çen adlı qadın alnındakı buynuzunu sosial şəbəkələrdə paylaşaraq istifadəçiləri heyrətə gətirib. Sfera.az bildirir ki, bu cür böyüməl...

1958-ci il FIFA Dünya Kuboku heç vaxt baş tutmayıb: CİA-nın xüsusi əməliyyatı olub

Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, 1958-ci il FIFA Dünya Kuboku heç vaxt baş tutmayıb, bu sadəcə CİA layihəsi olub. Onların fikrincə, İsveç belə bi...

10 dəqiqə davam edən və dayanmayan dünyanın ən uzun zəlzələsi

Dünyanın ən ölümcül zəlzələlərindən biri 2004-cü il dekabrın 26-da Hind okeanında baş verib. 10 dəqiqə davam edən yeraltı təkanlar sonradan sunami dalğaları ilə...

Bakıda yeni qadağa qüvvəyə mindi - SİYAHI

Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minib.   Sfera.az xəbər ver...

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.   Sfera.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken təfərrüatlara varmad...