"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan 2,4 dəfə, Qazaxıstandan 2,4 dəfə, Bəhreyndən 2,1 dəfə, Səudiyyə Ərəbistanından 2,0 dəfə, Qırğızıstandan 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır. Digər diqqəti çəkən məqam Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar”.

 

Deputat qeyd edib ki, Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi qorunub saxlanılıb.

 

“Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Nazir olanda qohumlarıma vəzifə vermişəm - VİDEO

Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub.   Sfera.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında sabiq...

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT

Xəbər verdiyumiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu ...

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. &nb...

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

“Fənərbağça” klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür.   Məlumata görə, Aleks De Souza “Antalyaspor&rdq...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan ...

Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə y...