Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, sahibkar fiziki və hüquqi şəxslərin hesab açması və kart sifariş etməsi üçün filiala yaxınlaşmasına ehtiyac yoxdur. Artıq Rabitəbank müştəriləri istədikləri yerdən biznes hesabını rahatlıqla açmaqla biznesini inkişaf etdirə bilər.

 

Hesabın açılması prosesi Rabitəbankın rəsmi internet səhifəsi üzərindən həyata keçirilir. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Daha sonra müştəri özünə uyğun olaraq videogörüş üçün vaxt müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir və imzalanması üçün müqavilələri göndərir. Beləliklə, bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra Rabitəbank tərəfindən hesablar avtomatik açılır.

 

Məsafədən hesab açılma prosedurunu İnternet Bankçılıq sistemi üzərindən- //rbt.az/mh həyata keçirə bilərsiniz.

 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

İran ABŞ şirkətlərini sanksiya siyahısına SALDI

İran ABŞ-nin bir neçə fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı İranın Xarici İşlər ...

"Bacım təlaşla evə çağırdı, çatanda gördüm ki..." - İcra başçısının qardaşı oğlu atasını necə öldürüb? 

Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. La...

Rusiya aktivlərinin müsadirəsinə BELƏ CAVAB VERƏCƏK

Rusiya dondurulmuş aktivlərinin müsadirəsinə iki yolla cavab verə bilər.   Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi ekspertlə...

Qert Yan Kopman: "Aİ Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına sərmayə qoyur"

Avropa İttifaqı Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin inkişafına sərmayə yatırır.   Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının Gen...

Qanunsuz kömür quyuları AŞKARLANDI - 7 nəfər cərimələndi

Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizl...

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında artım sürətinin xeyli zəifləməsi müşahidə edilir.  Sfera.az AMB-nin açıqladığı m...