ABŞ-nin dövlət borcu yüksəlir - II Dünya müharibəsindəki rekord yenilənəcək

ABŞ-nin dövlət borcu yüksəlir - II Dünya müharibəsindəki rekord yenilənəcək
Kateqoriya məlum deyil
T

ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) son proqnozlarına əsasən, ABŞ-nin dövlət borcu 2034-cü ilə qədər ÜDM-in 116 faizinə yüksələcək. CBO bildirir ki, bu yük ABŞ-nin II Dünya müharibəsi dövründəki borc yükündən daha ağır olacaq. 


Sfera.az xəbər verir ki, ABŞ-nin dövlət borcunun davamlı artması büdcə kəsiri ilə bağlıdır. Amerikanın dövlət büdcəsinin gəliri xərcləri ödəyə bilmədiyindən davamlı kəsir yaranır və bu səbəbdən hökumət davamlı borc almalı olur.


CBO proqnozlaşdırır ki, dəyişikliklərdən asılı olaraq ümumi borc yükü 2034-cü ildə ÜDM-in 123 faizinə də çata bilər. 


Qeyd edək ki, ABŞ-nin mövcud administrasiyası büdcə kəsirini azaltmaq üçün iri korporasiyalardan və varlı amerikalılardan daha yüksək dərəcə ilə vergilərin alınmasını təklif edib. Amma Konqresdə çoxluğa sahib olan müxalifət bunu dəstəkləməyib. 


Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR