Azərbaycan neftinin qiyməti 90 dollara çatdı

Azərbaycan neftinin qiyməti 90 dollara çatdı

Yaxın Şərqdə geosiyasi risklərin artması və Meksikada neft hasilatının azalması neft qiymətlərinin bir qədər də yüksəlməsinə səbəb olub. İsrailin İranın Suriyadakı səfirliyinə endirdiyi hava hücumunda yüksək rütbəli hərbi komandir və digər şəxslərin həlak olmasından sonra rəsmi Tehran buna qəti şəkildə cavab verəcəyini bildirib. Meksikanın dövlət neft şirkəti “Pemex” isə yaxın bir neçə ay ərzində neft ixracını azaldacağını açıqlayıb. 


Sfera.az xəbər verir ki, bu tip xəbər və hadisələr son günlərdə “qara qızıl”ı bir qədər də bahalaşdırıb və nəticədə mövcud qiymətlər son beş ayın ən yüksək həddinə çatıb. 


Hazırda “Brent” markalı neftin qiyməti 88 dollardır. ABŞ-nin satdığı xam neftin dəyəri isə 84 dollar ətrafında dəyişir. 


Bahalaşma Azərbaycanın ixrac etdiyi “Azeri light” neftində də müşahidə edilir. Hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti təxminən 90 dollardır. 


Neftin qiymətinin bu həddə çatması Azərbaycan üçün olduqca əlverişlidir. Bu qiymət səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan qiymətdən (60 dollar) təxminən 50 faiz yüksəkdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR