Bölgələrdə banklara inam zəifdir? - Əmənətlərin 88 faizi Bakıda yerləşdirilib

Bölgələrdə banklara inam zəifdir? - Əmənətlərin 88 faizi Bakıda yerləşdirilib

Azərbaycan banklarında əhaliyə məxsus olan vəsaitlərin 88 faizi Bakıda yerləşdirilib. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin martın 1-də banklarda 13,3 milyard manata yaxın əmanət olub. 


Bu qədər vəsaitin 11,75 milyard manatı, yəni 88,3 faizi paytaxtda olan bank filiallarına yerləşdirilib. Qalan hissə (1,55 milyard manat) bölgələrdə banklara əmanət olunub. 

 

Regionlarda banklara az əmanət yerləşdirilməsinin bir çox səbəbi ola bilər. Bunlar arasında əhalinin gəlir səviyyəsini, maliyyə savadlılığını qeyd etmək olar. Lakin istənilən halda Bakıda qoyulan əmanətin həcminin bölgələrlə müqayisədə 7-8 dəfə çox olmasını sadəcə sadalanan səbəblərlə əlaqələndirmək mümkün deyil. Belə anlaşılır ki, bölgələrdə insanlar öz vəsaitlərini banklara etibar etməkdən çəkinirlər. 


Maraqlıdır ki, Bakı ilə müqayisədə bölgələrdə yerləşdirilən əmanətlər üzrə faizlər daha yüksəkdir. Bakıda əmanətlər üzrə orta faiz dərəcəsi 3,68 faiz olduğu halda, bölgələrdə əsasən 4-5 faiz səviyyəsində dəyişir. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin m...

Bu ərazilərdə qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   "Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, Qaradağ r...

Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi...

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...