FED rəhbəri: Faizləri endirmək üçün tələsməyə ehtiyac yoxdur

FED rəhbəri: Faizləri endirmək üçün tələsməyə ehtiyac yoxdur

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauell bildirib ki, uçot dərəcəsinin endirilməsi baxımından tələsməyə ehtiyac yoxdur.

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, fevrala dair inflyasiya məlumatları gözləntilərə uyğun olub:

 

"Yaxşı ki, hesabatda heç bir sürpriz yox idi".

 

ABŞ Ticarət Nazirliyinin bu gün verdiyi məlumata görə, fevral ayında istehlak qiymətləri indeksi (PCE) əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Bu, inflyasiyanın yanvar ayı səviyyəsində - 0,4 faiz qalacağını proqnozlaşdıran analitiklərin gözləntilərindən zəif olub.

 

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası yanvardakı 0,5 faizə qarşı fevral ayında 0,3 faiz olub.

 

Pauelin sözlərinə görə, FED-in tənqidçiləri arasında kredit faizini azaltmaq istəyənlər və bu addımdan ehtiyat edənlər demək olar ki, bərabər bölünüblər:

 

 "Biz bu qərarla ehtiyatlı olacağıq, çünki ehtiyatlı ola bilərik".

 

FED sədri bildirib ki, Amerika iqtisadiyyatı kifayət qədər güclü olduğuna görə faiz dərəcələrini azaltmağa tələsməyə ehtiyac yoxdur: "FED-in işi hələ yekunlaşmayıb, hədəfimiz 2 faizlik inflyasiyadır".

 

FED rəhbərinin fikrincə, Amerika iqtisadiyyatında tənəzzül risklərinin artdığına inanmaq üçün heç bir əsas yoxdur və iqtisadiyyata zərər vermədən inflyasiyanı yavaşlatmaq şansı var.(Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Şəhid anaları "Əshabi-Kəhf"də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - VİDEO

Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının v...

Bakıya gətirilən daha 7 yaralı Yeni Klinikaya YERLƏŞDİRİLDİ -VİDEO

AZAL-a məxsus təyyarə qəzasında xəsarət alanlardan növbəti 7 nəfər Yeni Klinikaya yerləşdirilib. Sfera.az xəbər verir ki, onlar Aktaudan AZAL-ın xüsus...

Zelenski ABŞ-nin Ukraynaya hərbi yardımını artırdığını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynaya hərbi yardımını artırdığını deyib. Sfera.az xəbər verir ki, bu barədə o, axşam çıxışında bildirib. ...

Pilotlar təyyarəni buna görə dənizə endirməyib - Kapitan danışdı

AzTV-də yayımlanan “Hədəf” verilişində qəzadan sonra müzakirə olunan sualları AZAL-ın kapitanı ətraflı şəkildə cavablandırıb.   Sfera.az ...

Qazaxıstanda Xəzərə çələnglər buraxıldı

"Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin necə qəzaya uğraması nəticə...

Son paylaşımını Azərbaycan dilində yazıbmış...

Xəbər verdiyimiz kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 Qazaxıstan vətəndaşı həlak olub. Onlar arasında Qazaxı...