Azərbaycan ilə BMT arasında COP29 bağlı MÜZAKİRƏLƏR APARILDI - FOTO

Azərbaycan ilə BMT arasında COP29 bağlı MÜZAKİRƏLƏR APARILDI - FOTO

istiqamətində layihələrin perspektivlərini müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb: “Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə nazir ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

 

A.Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin, DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.

 

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Prezident Lü Tzyançaonu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib....

Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı

“Pilot-16” MMC-nin iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.   Sfera.az “qafqazinfo.az”a istina...

Mərakeş Kralı Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevə təbrik məktubu göndərib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyili...

Narendra Modi Prezident İlham Əliyevi təbrik edib

Hindistan Respublikasının Baş naziri Narendra Modi Prezident İlham Əliyevi təbrik məktubu göndərib.   Sfera.az  AZƏRTAC-a istinadən xəbər v...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artır - Müqayisə

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları martda bir qədər də artıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu il aprelin 1-də valyut...

Vanqanın bu proqnozu düz çıxdı - Bu il başqa nə yaşanılacaq?

Gerçək adı Vangeliya Pandeva Guşterova olan və gələcəyi görə bilmək qabiliyyəti ilə tanınan Baba Vanga, 1996-cı ildə vəfat etsə də, dünyada baş verən bir çox mü...