Dollar bahalaşmağa davam edir – SƏBƏB

Dollar bahalaşmağa davam edir – SƏBƏB

Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini artırmasından sonra, ABŞ-də mərkəzi bank funksiyasını yerinə yetirən FED-in faizləri sabit tutması dollarda bahalaşmanın ikinci həftəyə keçməsinə səbəb olub.

 

Sfera.az xəbər verir ki, FED-in qərarından sonra investorlar faizlərin daha bir neçə ay sabit qalacağını düşünərək ona uyğun sərmayə qoymağa başlayıblar.

 

Mövcud vəziyyətdə ABŞ aktivlərinə sərmayə qoyuluşu yenidən artıb ki, bu da dolları möhkəmləndirib. ABŞ dollarının qlobal dəyərini əks etdirən Dollar İndeksi bu gün 104 səviyyəsinə yüksəlib. İki həftə əvvəl indeks 102,3 səviyyəsində idi. Qısa müddətdə dolların dəyərində 1,7 faiz artım baş verib.

 

Dolların bahalaşmasına ABŞ-nin cari əməliyyatlar kəsirinin kiçilməsi də kömək edir. Son rübdə cari əməliyyatlar kəsirinin ÜDM-yə nisbəti 2,8 faizə düşüb. Axırıncı rübdə cari əməliyyatlarda kəsirin məbləği 194,8 milyard dollar olub ki, bu da 2021-ci ilin birinci rübündən sonra qeydə alınan ən kiçik məbləğdir. Vasif


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...