Ermənistan da “Mir” sistemindən imtina edir

Rusiyanın “Mir” sisteminin kartlarının 2024-cü il martın 30-dan etibarən Ermənistanın əksər banklarının bankomat və POS terminallarında istifadəsi mümkün olmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın RBC telekanalı Ermənistanın VTB bankının nümayəndəsinə istinadən məlumat yayıb.
“Martın 30-dan etibarən istifadəçilər artıq POS-terminallarda nağdsız ödənişlər həyata keçirə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər”, - bankın nümayəndəsi bildirib.
Yalnız Rusiya VTB-nin törəməsi olan VTB Ermənistan bankına aid xidmət aparatlarından “Mir” kartı ilə əməliyyat aparmaq mümkün olacaq.
Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir ki, onların da təxminən yarısı İrəvan şəhərindədir.
“Mir” kartlarından istifadənin dayanması ABŞ-nin sanksiyaları ilə bağlıdır. Ermənistandan öncə Özbəkistan, Türkiyə və Tacikistanda fəaliyyət göstərən bəzi banklar bu kartdan imtina ediblər.
Vasif