Vergi güzəşti bütün əmanətlərə aid edilmir – ŞƏRH

Vergi güzəşti bütün əmanətlərə aid edilmir – ŞƏRH

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2024-cü ilin yanvarın 1-dən bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində müddətdən və məbləğdən asılı olaraq yeni dəyişikliklər tətbiq olunub. Dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanəti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir. Qalan əmanətlərdə isə aylıq gəlirin 200 manatdan çox olan hissəsindən 10 faiz vergi tutulur. 


Sfera.az xəbər verir ki, “18 ay və daha artıq müddət” güzəştindən uzun müddətə əmanət yerləşdirənlərin hamısı faydalana bilmir. 


Bunun səbəbi qanunvericilikdəki bu yeniliyin əmanət müqaviləsindəki müddətə görə yox, faktiki dövrə görə tətbiq edilməsidir. Bunu bir misaldan daha aydın başa düşmək olar. Bir fiziki şəxs 100 min manat məbləğində olan pulunu 2023-cü ilin yanvarın 1-də banka 2 il müddətinə əmanət edib. Müqaviləyə əsasən, həmin şəxs hər ay 833 manat faiz alır.


Dəyişikliyin qüvvəyə mindiyi tarixdə (2024-cü ilin yanvarın 1-də) əmanət müqaviləsinin başa çatmasına 1 il qaldığından güzəştdən istifadə edə bilmək üçün “18 ay və daha artıq müddət” tələbi bu əmanətə tətbiq olunmur. Qanunvericiliyə əsasən, bu əmanətə birillik əmanət kimi yanaşılır, çünki əmanət müqaviləsinin başa çatmasına bir il qalıb. Buna görə də həmin əmanət üzrə aylıq faiz gəlirləri 200 manatdan artıq olduğuna görə artıq olan hissə (633 manat) üçün 10 faiz, yəni 63,3 manat vergi alınır.  


Bu şəxs yalnız əmanət müqaviləsini yenilədikdə və müqavilə müddəti 18 aydan çox olduqda vergi güzəştindən faydalana biləcək. 


Qanunvericilikdəki yeniliyin bu şəkildə tətbiqinin səbəbi izah edilməyib. Bu cür yanaşma əmanətçilərin bəzilərində narazılıq yaradıb.Vergilər Məcəlləsindəki dəyişiklikdən belə anlaşılır ki, vergi tutulma əmanət müqaviləsinin şərtlərinə əsaslanacaq. Əgər əmanət müqaviləsində müddət 18 aydan çoxdursa, o halda faiz gəlirindən faiz alınmamalıdır. Amma qanunun tətbiqi zamanı əmanət müqaviləsinin qüvvədə olacağı müddət deyil, əmanət müqaviləsinin qanunun bu tələbinin qüvvəyə mindiyi tarixdən sonra qüvvədə olacağı müddət əsas götürüldüyündən uzun müddətə əmanət qoyan bir çox şəxs də vergi ödəməli olub.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...