Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI + MƏBLƏĞ

Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI + MƏBLƏĞ

Azərbaycanda bu ilin fevralında ərzaq qiymətlərində nadir görünən fakt qeydə alınıb. 


Sfera.az xəbər verir ki, fevralda ərzaq qiymətləri bir il əvvəlki tarixlə müqayisədə 0,3 faiz azalıb. 


Adətən ərzaq qiymətlərinin azalması təcrübəsinə yay aylarında rast gəlirik. Yay aylarında mövsümi amillərin təsiri ilə ərzaq məhsulları bir neçə ay ucuzlaşır. Amma yay aylarında baş verən ucuzlaşma illik müqayisədə yox, aylıq müqayisədə baş verir. Yayda da illik müqayisədə ərzaq qiymətləri yüksəlir.


2024-cü ilin fevralında qeydə alınan fakt az-az rast gəlinən haldır. 


Bəs bu ilin fevralında hansı ərzaq mallarında ucuzlaşmanın olması ümumən ərzaq qiymətlərinin enməsinə səbəb olub?


Rəsmi məlumatlara əsasən, bu ilin fevralında ötən ilin fevralı ilə müqayisədə bir neçə ərzaq məhsulu ucuzlaşıb. Daha çox ucuzlaşma əsas ərzaq məhsulu olan tərəvəzlərdə qeydə alınıb. Tərəvəzlərin qiyməti son bir ildə 11,7 faiz azalıb. Yəni bir il əvvəl 100 manata alınan tərəvəzlər üçün hazırda 88,3 manat ödəmək kifayət edib. 


Əsas tərəvəz məhsullarından ağ kələmin qiyməti 66 qəpikdən 50 qəpiyə, şirin bibər 3 manatdan 2,4 manata, badımcanın dəyəri 4,3 manatdan 2,4 manata, baş soğanın qiyməti 1,3 manatdan 1 manata, kartofun qiyməti 1,5 manatdan 0,95 manata, quru noxudun dəyəri 5,4 manatdan, 4 manata düşüb. 


Mühüm ərzaq məhsullarından kərə və bitki yağları da ucuzlaşıb. Yağların ümumi qiymət səviyyəsi bir il ərzində 6,9 faiz azalıb. 


Ucuzlaşan əsas ərzaq məhsulları arasında çörək və çörək məmulatları da var. Bu mal qrupunda qiymətlərdə 4,8 faiz enmə baş verib. 


Adıçəkilən əsas qida məhsullarının qiymətində enmə ümumən ərzaq məhsullarında illik müqayisədə ucuzlaşmaya səbəb olub. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...