Logo

7 milyard yarım dollardan çox borcumuz var

7 milyard yarım dollardan çox borcumuz var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları (12,402.6 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.1 faiz təşkil edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR