Buğdanın qiyməti UCUZLAŞDI

İqtisadiyyat
15:08 / 15.03.2024
8657
Azərbaycana idxal edilən buğdanın qiyməti fevralda bir qədər də azalıb.
Sfera.az xəbər verir ki, fevralda idxal edilən buğdanın bir tonuna görə ödənən pul orta hesabla 408,7 manat olub.
Müqayisə üçün bildirək ki, idxal buğdasının qiyməti yanvarda 424,8 manat, dekabrda 475,2 manat idi.
İdxal buğdasının qiymətinin enməsinə səbəb xarici bazarlarda son aylarda buğdanın ucuzlaşması ilə bağlıdır. Xüsusən Şimali Amerika bazarlarında buğdanın ucuzlaşması ən çox buğda ixrac edən Rusiyanı da qiymətləri endirməyə məcbur edib. Buna görə də Azərbaycan fevralda idxal etdiyi buğda üçün daha az pul ödəyib.
Vasif