Mis qiymətlərində YENİ REKORD

Mis qiymətlərində YENİ REKORD

Mis qiymətlərində son günlər davamlı artımların olması bu məhsulda yeni qiymət rekordunun müəyyənləşməsinə səbəb olub. 


Sfera.az xəbər verir ki, misin bahalaşması Çində istehsalın azalması ilə bağlıdır. Xammalın azalması Çin bazarında misin bir tonunun qiymətini 10,074 dollara yüksəldib. 


Bu qiymət 2021-ci ilin mayından bəri qeydə alınan ən yüksək səviyyədir. 


Ümumdünya Metal Statistika Bürosunun (WBMS) məlumatlarına əsasən, Çin keçən il 13 milyon ton təmizlənmiş mis istehsal edib. Bu miqdar dünya üzrə mis istehsalının 47%-ni təşkil edib. 


Qeyd edək ki, mis mühüm sənaye məhsullarından biridir. Ondan elektrik və məişət avadanlıqlarının, elektrik naqillərinin istehsalında geniş istifadə olunur. Misin bahalaşmasından sonra formalaşan qiymətlər uzun müddət qalarsa, həmin məhsulların qiymətində də artım müşahidə olunacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR