Neftin qiymətinin 86 dollar olması Azərbaycana nə vəd edir? - ŞƏRH

Neftin qiymətinin 86 dollar olması Azərbaycana nə vəd edir? - ŞƏRH

2024-cü ilin əvvəlindən neftin qiyməti Azərbaycan üçün əlverişli səviyyədə dəyişir. Bu il neftin qiymətinin ötən illə müqayisədə aşağı düşəcəyinə dair səsləndirilən proqnozlar hələlik özünü doğrultmur. 


Sfera.az xəbər verir ki, Azərbaycanın ixrac etdiyi neftin qiyməti 86 dollar səviyyəsindədir. Bu qiymət aprel ayında göndəriləcək neftin qiymətidir. 


Ötən il Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti də təxminən bu səviyyədə olub və həmin qiymət həm Dövlət Neft Fondunun, həm də dövlət büdcəsinin gəlirlərinə böyük fayda verib.


Bu baxımdan cari ildə də neftin qiymətinin 80 dollar səviyyəsində olması Azərbaycan üçün əlverişlidir. 


Ümumilikdə, neft qiymətləri Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Hökumətin hazırladığı proqnozlar da göstərir ki, neftin qiymətinin səviyyəsi həm iqtisadi artıma, həm iqtisadiyyatın həcminə, həm də Neft Fondunun və dövlət büdcəsinin gəlirlərinə təsir edəcək. 


Əgər neftin qiyməti il ərzində orta hesabla 60 dollar olarsa, 2024-cü ildə ümumi daxili məhsul (ÜDM) istehsalı 2,4 faiz artaraq 118,4 milyard manata çatacaq. Neftin orta qiyməti 80 dollar olarsa, ÜDM-də artım sürətlənəcək və 3,3 faizə çatacaq. Bu qiymətdə ÜDM-in həcmi də artaraq 128,7 milyard manat olacaq. 


Amma neftin orta qiyməti 40 dollara düşərsə, o zaman ÜDM 0,1 faiz kiçiləcək və istehsalın həcmi 103 milyard dollara düşəcək. 


Neftin qiyməti qeyri neft-qaz sektorundakı artım sürətinə də təsir edəcək. “Qara qızıl” 60 dollardan satılarsa, qeyri neft-qaz sektorunda artım 4,6 faiz, istehsalın həcmi 84,2 milyard manat, neftin dəyəri 80 dollar olarsa, istehsalda artım 5,8 faiz, istehsalın həcmi 87,4 milyard manat təşkil edəcək. 


Neftin dəyərinin büdcənin neft-qaz gəlirlərinə də təsiri var. Qiymət 60 dollar olacağı təqdirdə büdcənin neft-qaz gəlirləri 16,75 milyard manat, 80 dollar olacağı təqdirdə isə 17,6 milyard manat proqnozlaşdırılır. 


Əgər neftin qiyməti 40 dollar təşkil edərsə, o halda büdcənin gəliri 15,9 milyard manat, 50 dollarda isə 16,3 milyard manat olacaq. 


Eyni dinamika Dövlət Neft Fondunun gəlirlərinə dair proqnozda da müşahidə edilir. Neft Fondunun gəlirləri “qara qızıl”ın orta qiyməti 50 dollar olduqda 10,4 milyard manat, 70 dollar olduqda 13,8 milyard manat, 80 dollar olduqda 15,5 milyard manat təşkil edəcək.


Beləliklə, neft qiymətlərinin 60 dollardan yuxarı olması Azərbaycan iqtisadiyyatı üçün əlverişlidir. Bu baxımdan neftin 80 dollardan baha satılması olduqca səmərəlidir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...