Azərbaycanda 65 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda 65 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.

 

Sfera.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hərrac rəqabətli olub. İlkin qiyməti 96 min manat olan 1 lot üzrə 60 nəqliyyat vasitəsi rəqabətli keçən hərracda 150 min manata satılıb. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi isə 6 800 manata özəlləşdirilib.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/39Nxpb linki vasitəsilə tanış olmaq mümkündür.

 

Növbəti hərraclar 2, 9, 16 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 avadanlıq və 156 nəqliyyat vasitəsi çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR