Türkiyənin özəlləşmədən əldə etdiyi gəlir AÇIQLANDI

Türkiyənin özəlləşmədən əldə etdiyi gəlir AÇIQLANDI

Türkiyədə müasir özəlləşdirmə təcrübəsinin tətbiq edildiyi 1986-cı ildən bəri əldə edilən gəlir açıqlanıb. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, dövlət son 38 ildə neft emalı, toxuculuq, neft-kimya, sement, yem sənayesi, dəmir-polad, tütün və spirt, elektrik enerjisi bölgüsü kimi sektorlarda özəlləşdirmə təcrübələri həyata keçirməklə biznesdən çəkilib. 


Bu sahələrdə həyata keçirilən özəlləşdirmə nəticəsində ümumi məbləği 71,5 milyard dollar olan gəlir əldə edilib. 2023-cü ildə isə özəlləşdirmədən xəzinədarlığa 346 milyon dollar vəsait daxil olub. Əvvəlki illərin taksitləri də nəzərə alınmaqla, 2023-cü ildə özəlləşdirmədən əldə olunan gəlir 440 milyon dollara çatıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR