Çin avtomobilləri Türkiyə bazarını “işğal” edir

Çin avtomobilləri Türkiyə bazarını “işğal” edir

Türkiyənin minik avtomobili bazarında Çin avtomobillərinin payı sürətlə artır. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyədə yanvar və fevral ayları ərzində 185 min 691 ədəd minik avtomobili satılıb.Satılan avtomobillər arasında Çin mənşəli 10 markaya aid olan avtomobillər də var. 


Agentliyin məlumatına görə, Türkiyədə hələ də fransız və alman brendləri üstünlük təşkil etsə də son illərdə Çin brendlərinin də payı artır. Çin avtomobil şirkətləri yanvar-fevral ayları ərzində 12 min 781 ədəd minik avtomobili satıb. Satışda ciddi artım qeydə alınıb və çinlilərin Türkiyədə bazar payı 6,88 faizə çatıb.


Maraqlı fakt odur ki, Çin avtomobillərinin bazar payında artım 2024-cü ildən daha böyük sürlətlə gedir. 2023-cü ilin fevral ayında çinlilər Türkiyədə 1000 avtomobil satdığı halda bu il satış sayı bir neçə dəfə artıb. 


Türkiyəli ekspertlər hesab edir ki, Çin Türkiyəni Avropaya açılan qapı kimi görür. Buna görə də ekspertlər düşünür ki, son illərdə Çin avtomobillərinə Avropada da maraq artdığından Çin mənşəli avtomobillərin Türkiyədə istehsalı həyata keçirilə bilər.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...

Bu bürclər şanslı günündədir - QOROSKOP

Ulduzlar bu gün hər bir bürc üçün fərqli mesajlar göndərir. Kiminin həyatı yeni qərarlarla, kiminsə isə dərin duyğularla rənglənir.    Sfera.az ...

Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.   Sfer...

Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi

Korrupsiya istintaqı ilə bağlı saxlanılan Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış – VİDEO

Xəbər verdiyimiz kimi, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.   Sfera.az ...