Türkiyədə dollar 32 lirəyə ÇATDI

Türkiyədə dollar 32 lirəyə ÇATDI

Türkiyədə lirənin sürətlə ucuzlaşmasının qarşısını almaq mümkün olmur. 


Sfera.az xəbər verir ki, fevralın 27-də məzənnəsi 31 lirəyə yüksələn dollar bu gün birjalarda 32,95 lirədən baha satılıb. Cəmi 10 gün ərzində dollar daha 1 lirə bahalaşıb. İlin əvvəlindən isə dolların məzənnə qiymətində 2,4 lirə artım qeydə alınıb. 


Maraqlıdır ki, lirənin ucuzlaşması dolların qlobal məzənnə dəyərinin enməsinə baxmayaraq baş verir. Bir müddət öncə Dollar İndeksi 104 olduğu halda hazırda 102,7 həddinə enib. İndeksin enməsi qlobal səviyyədə dolların ucuzlaşması anlamına gəlir. Qlobal miqyasda dolların ucuzlaşmasına baxmayaraq, Türkiyədə dolların yüksəlməsi ondan xəbər verir ki, ölkədə lirə ilə vəsaiti olanların çox hissəsi dollar almağa üstünlük verir.


Türkiyədə dolların bahalaşmasına qızılın bahalaşması da təsir göstərir. Belə ki, Türkiyə əhalisi yığım vasitəsi kimi qızıldan da istifadə edir. Son günlərdə qızılın qiyməti dünyada çox artdığından əhali qızıl almaqdansa, dollar almağı daha çox üstün tutur. Buna görə də dollara tələb bir qədər də artır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...

Bu bürclər şanslı günündədir - QOROSKOP

Ulduzlar bu gün hər bir bürc üçün fərqli mesajlar göndərir. Kiminin həyatı yeni qərarlarla, kiminsə isə dərin duyğularla rənglənir.    Sfera.az ...

“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” -VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.   Sfer...