"Yeni nəqliyyat dəhlizi müharibədən sonra reallaşacaq" - Politoloqdan AÇIQLAMA

Ölkələrin çoxu böyük maliyyə imkanlarına malik olan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əlaqələri genişləndirməyə və bu ölkə ilə ortaq layihələr reallaşdırmağa çalışır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə son səfəri zamanı iki ölkə arasında ticarət mübadiləsini artırmaq məqsədilə müzakirələr aparıb. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə yatırımları artıb.

 

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və ticarət əməkdaşlığını genişləndirmək istəyən dövlətlər arasında Hindistan da var. Hindistanın baş naziri Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni ticarət dəhliziylə bağlı niyyət protokolu imzalayıb. Bu, Narendra Modinin hakimiyyətə gəldiyi 2014-cü ildən bu yana onun Birləşmiş Ərəb Əmirliklərinə yeddinci səfəri idi. Yeni nəqliyyat dəhlizinə Brüssel və Vaşinqton da dəstək verib. Nəqliyyat dəhlizi Hindistanı, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını, İsraili və Avropanı əhatə etməlidir. Bu layihə barədə ilk dəfə “böyük iyirmilərin” 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində məlumat verilib. Layihənin reallaşmasına Yaxın Şərqdə başlayan müharibə mane oldu. Qəzzadakı müharibə layihənin reallaşmasına əngəldir. Vaşinqtonun İsraillə ərəb ölkələri arasında iqtisadi əlaqələri formalaşması istəyi arzu olaraq qalıb. Buna baxmayaraq, layihənin gələcəkdə reallaşmasına inam var. Layihənin əsas iştirakçıları müharibənin bitməsini gözləyirlər. Buna qədər müxtəlif görüşlər həyata keçirilir. Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bu siyasətin tərkib hissəsidir. Birləşmiş Ərəb Əmirlikləri Hindistandan planlaşdırdığı nəqliyyat dəhlizinə ümidlə baxır.

 

Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə İsraillə diplomatik münasibətlər qurub. Bu amilin özü də layihənin reallaşacağına ümidləri artırıb".

 

Politoloq qeyd edib ki, Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı investisiyalar barədə də saziş imzalayıb.

 

"İki ölkə rəqəmsal infrastrukturun yaradılmasıyla bağlı razılığa gəliblər. Birləşmiş Ərəb Əmirliklərində çox sayda hindli işçinin çalışması münasibətlərdə müsbət amillərdən biri sayılır. 9 milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliklərində hind əsillilərin sayı 3.5 milyon nəfərdir. Hindistan Birləşmiş Ərəb Əmirliklərinin neftinin əsas alıcılarındandır. Dehli bu ölkədən sıxılmış qaz almağı da planlaşdırır.

 

Ümumilikdə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 100 milyard dollar civarında hədəflənib".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? - Yeni ARAŞDIRMA

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yeni...

Tramp 30 kilodan belə qurtulub - Pizza, "Oreo" yeyirmiş...

ABŞ Prezidenti Donald Trampın son illər ərzində 30 kiloqrama yaxın arıqlayıb. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanıb. Ən çox diqqətçəkən məqam isə Trampı...

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.   Bu barədə Sfera.az-a Baş DYP İdarəsinin rəsmisi, polis...

QR kod ilə ödəniş etmək RİSKLİDİR

Müasir dövrdə nağdsız ödənişlər arasında geniş yayılan QR kod texnologiyası sürətli və rahat istifadə imkanları ilə yanaşı, bir sıra texniki və təhlükəsizlik ri...

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...