Azərbaycan ayaqqabı idxalına milyonlar xərcləyir – STATİSTİKA

Azərbaycan ayaqqabı idxalına milyonlar xərcləyir – STATİSTİKA

Ötən il Azərbaycan istehlakçısı ayaqqabı idxalına milyonlarla dollar məbləğində vəsait xərcləyib. 


Sfera.az rəsmi statistikaya əsasən xəbər verir ki, bir il ərzində idxal edilən ayaqqabıların ümumi dəyəri 134 milyon dolları ötüb. 


Alınan ayaqqabılar rezin, dəri və toxuculuq materiallardan olmaqla üç qrupa bölünür. Rezin ayaqqabıların idxalına təxminən 40 milyon dollar, dəri ayaqqabıların idxalına ayrılan pulun məbləği isə 30 milyon dollara çatır. 


Toxuculuq materiallarından hazırlanan ayaqqabıların idxalına isə 60 milyon dollara yaxın vəsait sərf edilib. 


Digər ayaqqabıların idxalına 4-5 milyon dollar vəsait xərclənib. 


Ümumilikdə, son illərdə Azərbaycan istehlakçısında dəri və toxuculuq materiallarından olan ayaqqabılara tələb artıb. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR