Türk lirəsi bu il nə qədər ucuzlaşacaq? – İngilis bankının PROQNOZU

İqtisadiyyat
17:12 / 07.03.2024
4017
2024-cü ildə Türkiyədə dolların alış qiyməti 36 lirəyə qədər yüksəlib.
Sfera.az xəbər verir ki, bununla bağlı proqnozu İngiltərənin nəhəng sərmayə bankı olan HSBC açıqlayıb.
HSBC əvvəlki proqnozunda dolların il sonuna qədər 33 lirəyə yüksələcəyini təxmin edirdi. Amma lirənin ilk 2 aydakı ucuzlaşma sürəti HSBC-nin fikrini dəyişməsinə səbəb olub.
İlin əvvəlindən Türkiyədə dollar 2,35 lirə bahalaşıb. İki ay öncə 29,5 lirə olan dollar hazırda 31,82 lirədir.
Türkiyəli ekspertlər isə daha pessimistdir. Onların fikrincə, dolların 40 lirəyə qədər yüksəlmə ehtimalı güclüdür.
Vasif