Dollarla bağlı VACİB AÇIQLAMA: “Mart ayında..."

Dollarla bağlı VACİB AÇIQLAMA: “Mart ayında...

Azərbaycanda xarici valyuta sifarişi yenidən stabilləşir.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O xatırladıb ki, fevral ayında kəskin dollar tələbi müşahidə olunurdu. Belə ki, fevralda hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı və bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi.

 

Millət vəkilinin sözlərinə görə, martda dollar tələbinin stabilləşməsi müsbət haldır:

 

“Bununla yanaşı, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir. Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq”.

 

V.Bayramov bildirib ki, bu ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq:

 

“Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bütün bunların kontekstində, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu, növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...