Neft Fondunun valyuta satışı fevralda 2 dəfə artıb

Neft Fondunun valyuta satışı fevralda 2 dəfə artıb

Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin ilk 2 ayı ərzində 1,337 milyard dollar həcmində xarici valyutanı manata dəyişib. 


Sfera.az Fondun açıqladığı məlumata istinadən xəbər verir ki, bu vəsaitin 417 milyon dolları yanvarda, 920,5 milyon dolları fevralda satılıb. Müqayisə göstərir ki, Neft Fondunun valyuta satışı fevralda əvvəlki aya nisbətən 2 dəfədən çox artıb.


Qeyd edək ki, Neft Fondunun xarici valyutada olan vəsaiti əsasən dövlət büdcəsinin gəlirlərinin bir hissəsini təmin etmək məqsədilə satılır. İlin ilk aylarında dövlət büdcəsinin xərcləri böyük olmadığından Fondun vəsaitlərinə ciddi ehtiyat yaranmır. Buna görə də Fondun ilk aylarda daha çox vəsaiti satmasını bankların dollara artan tələbi ilə izah etmək olar. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...