Türkiyə güclü bahalaşmadan xilas ola bilmir – Son göstəricilər
Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Sfera.az xəbər verir ki, inflyasiyaya dair yeni rəqəmlər Türkiyənin güclü bahalaşmadan xilas ola bilmədiyini göstərir.
TUİK-in məlumatına əsasən, aylıq inflyasiya 4,53 faiz, illik inflyasiya isə 67,07 faiz təşkil edib.
Beləliklə, illik inflyasiya əvvəlki ayla müqayisədə sürətlənib və Mərkəzi Bankın may ayında qiymət artımlarının pik həddə çatacağını gözlədiyi 70 faiz səviyyəsinə yaxınlaşıb. Ölkədə baza inflyasiyası 70,48 faizdən 72,89 faizə yüksəlib.
Əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan sahə restoran və otellər olub. Türkiyənin restoran və otellərində qiymətlər 94,78 faiz artıb. Bu qrupdan sonra təhsildə bahalaşma 91,84 faiz, səhiyyədə 81,25 faiz olub.
Vasif