Azərbaycan Mərkəzi Bankı ehtiyatlarını ARTIRIB - STATİSTİKA

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 2024-cü ilin fevralında bir qədər də artıb. Maraqlıdır ki, valyuta ehtiyatlarındakı artım dollara tələbin güclü olduğu şəraitdə baş verib.
Sfera.az xatırladır ki, 2023-cü ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 11,613 milyard dollar idi. Ehtiyatların həcmi bu ilin yanvarın sonunda 11,637 milyard dollara, fevralın sonunda isə 11,65 milyard dollara çatıb.
İlk 2 ayda Mərkəzi Bank ehtiyatlarını 37 milyon dollar, o cümlədən fevralda 13 milyon dollar artıra bilib.
Qeyd edək ki, bu ilin ilk iki ayında banklar Mərkəzi Bankın keçirdiyi hərraclarda 1,28 milyard dollardan çox xarici valyuta alıb. Böyük məbləğdə valyutanın alınmasına baxmayaraq, Mərkəzi Bank ehtiyatlarını da artırmaq imkanı əldə edib ki, bu da müsbət haldır.
Vasif