Dollarla verilən kreditlər BAHALAŞDI

Dollarla verilən kreditlər BAHALAŞDI

2024-cü ilin yanvarında xarici valyutada verilən kreditlər üzrə faizlərdə artım müşahidə olunub. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, uzun müddətdən sonra ilk dəfə olaraq xarici valyutada yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi 6,66 faizə yüksəlib. 2019-cu ildən bəri xarici valyutada verilən kreditlərdə belə yüksək faiz müşahdə edilməyib. Bundan öncə xarici valyutada kredit faizləri 4-6 faiz intervalında dəyişirdi. 
Xarici valyutada yanvarda verilən kredit faizləri 2023-cü ilin dekabrı ilə müqayisədə 1,59 faiz bəndi artıb. 


Xarici valyutada kreditlər dedikdə əsasən ABŞ dollarında ayrılan kreditlər nəzərdə tutulur. İlin birinci ayında dollarla kredit qoyuluşunun bahalaşmasının səbəbini bu valyutaya tələbin artması ilə əlaqələndirmək olar. Dollara tələbin artması bu valyuta üzrə alınan borcları da bahalaşdırır. 


Faizlər yüksəldikdə isə dollarla kredit götürülməsini əlverişsiz edir və bu halda xarici valyutaya tələb müəyyən qədər azalır. Bu baxımdan indki vəziyyətdə dollarla verilən kreditlərin bahalaşması daha əlverişlidir.   


Vasif


 


 


OXŞAR XƏBƏRLƏR