ABŞ-nin təhdidi Türkiyə ilə Rusiya arasında ticarəti azaldıb – RƏQƏMLƏR

ABŞ-nin təhdidi Türkiyə ilə Rusiya arasında ticarəti azaldıb – RƏQƏMLƏR

ABŞ-nin Türkiyə ilə Rusiya arasında ticarətin qarşısını almaq üçün atdığı addımlar nəticə verməyə başlayıb.

 

Sfera.az xəbər verir ki, 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə ilə Rusiya arasında ticarət xeyli artıb. 


Bundan sonra ABŞ Türkiyə banklarına qarşı sanksiyalar tətbiq edib və şifahi təhdidlər başlayıb. Xüsusilə 2023-cü ilin dekabrından ABŞ-nin türk banklarına qarşı güclü təhdidləri Rusiya ilə ödənişləri məhdudlaşdırıb. 


Türkiyənin rəsmi statistika qurumunun məlumatına əsasən, Rusiyaya ixrac 2024-cü ilin yanvar ayında bir əvvəlki ilin eyni ayına görə 39,5 faiz azalaraq 628 milyon dollar olub. Bu, son 20 ayın ən aşağı göstəricisidir. 2023-cü ilin yanvar ayında Türkiyənin Rusiyaya ixracı 1 milyard 37 milyon dollar olub. 


Türkiyənin Rusiyadan idxalı da 2024-cü ilin yanvar ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 13,5 faiz azalaraq 4 milyard 325 milyon dollara geriləyib. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin b...