İraq neft hasilatını artırır

İraq neft hasilatını artırır

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar İraq büdcəsində kəsir yaranıb.

Bunu İraqın xarici işlər naziri İbrahim Cəfəri deyib. Onun sözlərinə görə, ölkə neft istehsalını artırmağı planlaşdırıb. 

"İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində ölkənin hərbi xərcləri artıb. Beynəlxalq qurumların anlayışına ehtiyacımız var. Çünki bu vəziyyətdə neft hasilatını artırmaq lazımdır”.

Qeyd edək ki, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan etmişdi.


OXŞAR XƏBƏRLƏR