Türkiyədə adambaşına gəlirdə rekord qeydə alındı – SON RƏQƏM

Türkiyədə adambaşına gəlirdə rekord qeydə alındı – SON RƏQƏM

Türkiyədə adambaşına düşən gəlir respublika tarixində ilk dəfə olaraq 13 110 dollara yüksəlib. 


Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 1 trilyon dolları ötüb. 


Bu qədər ÜDM-in adambaşına düşən payı 307 952 TL və ya 13 110 dollar olub. 


Türkiyədə 2023-cü ilə qədər adambaşına ən çox gəlir 2016-cı ildə qeydə alınan 12 600 dollar idi. 


Müqayisə üçün bildirək ki, Azərbaycanda adambaşına ÜDM istehsalı ötən il 7 125 dollar təşkil edib. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR