Azərbaycana gələn ərəblərin SAYI ARTIR 

Azərbaycana gələn ərəblərin SAYI ARTIR 

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib:

 

“Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar. Turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, artıb. Digər diqqət çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır”.

 

Deputat qeyd edib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər olub:

 

“Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrindən gələnlərin sayının artması mövsümi faktorlarla bağlıdır. Həmçinin, bu regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...