"Azərbaycanda devalvasiya qaçılmazdır..." - İqtisadçı VAXTI AÇIQLADI

Sosial şəbəkələrdə devalvasiya olacağı barədə iddialar səslənir.  Buna görə insanlar arasında ajiotaj yaranıb.  Bu səbəbdən manatda depozitləri olanlar dollara dəyişməyə başlayıblar. Nəticədə, yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb, lakin bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb.

 

Bəs bu iddialar nə dərəcədə doğrudur, devalvasiya ola bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda iddialar qismən doğrudur.

 

Ekspert qeyd edib ki, bunu sübut edən statistika var:

 

“2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. 2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlərlə bağlı olub.Bundan başqa, Mərkəzi Bankın keçirdiyi formal “hərraclarda” dollara təlabat da kəskin artıb - 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb”.

 

N.Cəfərlinin sözlərinə görə, bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var – Mərkəzi Bank isə bu gözləntiləri normal idarə edə bilmir:

 

“Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi Bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki, bizdə bu sahə axsayır”. 

 

Ekspertin fikrincə Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir:

 

“Bu il olacağına inanmıram, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu, daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. 2025-ci ildə növbəti 10 illik dövr başa çatır...”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...