Azərbaycanda dollara tələb niyə artıb? - Əsl səbəb AÇIQLANDI

Azərbaycanda dollara tələb niyə artıb? - Əsl səbəb AÇIQLANDI

Azərbaycanda bu ilin yanvar və fevral aylarında dollara tələbin artmasının səbəbləri bəlli olub. 


Sfera.az xəbər verir ki, Mərkəzi Bankın yanvar ayına dair açıqladığı statistik məlumatlarda bunun ilkin səbəblərini görmək mümkündür. 


Statistik məlumatlardan görünür ki, ev təsərrüfatları və hüquqi şəxslər banklardakı vəsaitlərinin bir hissəsini xarici valyutaya, xüsusən də ABŞ dollarına dəyişib. 


2023-cü ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında manatla olan depozitlərin həcmində azalma olduğu halda xarici valyutada olan depozitlərin məbləği xeyli artıb. Ötən ilin dekabrında milli valyutada olan depozitlərin həcmi 22,244 milyard manat, xarici valyutada olan depozitlərin həcmi 14,721 milyard manat idi. Bu ilin yanvarında milli valyutada olan depozitlərin həcmi 21,941 milyard manata düşüb, xarici valyutada olan depozitlərin həcmi isə 15,648 milyard manata yüksəlib. Müqayisə göstərir ki, bir ay ərzində milli valyutada olan vəsaitlər 303 milyon manat azalıb, xarici valyutada olan vəsaitlər 927 milyon manat artıb. 


Depozitlərin valyuta strukturundakı dəyişiklik həm ev təsərrüfatının, həm də qeyri-maliyyə təşkilatlarının vəsaitlərində müşahidə edilib. Əhalinin banklarda olan pul vəsaitlərinin həcmi 168 milyon manat artıb. Artımın yeganə qaynağı xarici valyutada olan vəsaitlər olub. Belə ki, milli valyutada qoyulan əmanətlərin həcmi 115 milyon manat azaldığı halda xarici valyutada olan vəsaitlər 283 milyon manat artıb. 


Qeyri-maliyyə təşkilatlarının da vəsaitlərində xarici valyutanın həcmi artıb, milli valyutada olan vəsaitlər isə azalıb. 


Banklarda olan depozitlərin valyuta strukturunda dəyişikliyin olması təbii olaraq bankların dollara tələbini artırıb. Çünki həm əhalinin, həm də digər şəxslərin xarici valyutaya olan tələbini məhz banklar ödəyir. 


Fevral ayında dollara tələbin bir qədər də güclənməsi müşahidə edilib. Bunun da səbəbi böyük ehtimalla yığımlarda dollara üstünlük verilməsi, əvəzində manatla olan vəsaitlərin azalmasıdır.


Əhalinin və təşkilatların dollara üstünlük verməsi son aylarda devalvasiya iddialarının yayılması ilə bağlıdır. Əgər devalvasiya ilə bağlı psixoloji təsir zəifləyərsə, manatla yığımlar yenidən artacaq. 


Vasif
 

 


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...