Azərbaycanda yağlar ucuzlaşır – SON QİYMƏTLƏR

Azərbaycanda yağlar ucuzlaşır – SON QİYMƏTLƏR

Pandemiyadan sonra dəyəri sürətlə artan yeyinti yağlarının əksəriyyətinin qiymətində son bir ildə enmə müşahidə edilib. Qiymət azalması əsasən qarğıdalı və günəbaxan yağlarında baş verib. 


Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar ayının sonunda yağların (kərə, marqarin, zeytun, qarğıdalı və günəbaxan yağları) dəyəri bir il əvvəlki tarixdə qeydə alınan qiymətlərlə müqayisədə orta hesabla 6,8 faiz enib. 


Müqayisə göstərir ki, qiymət azalması zeytun yağlarından başqa digər bütün yağlarda qeydə alınıb. 


Kərə yağının qiymətində cüzi azalma baş verib. Bir il əvvəl kiloqramının orta qiyməti 19,75 manat olan kərə yağları hazırda 19,2 manata satılır. Kərə yağlarının dəyərində orta hesabla 0,55 manat (2,8 faiz) enmə olub.


Süfrə marqarini də ucuzlaşıb. Marqarinin qiyməti orta hesabla 6 manatdan 5,3 manata enib. Bu yağlarda birillik qiymət fərqi 0,7 manat, yaxud 11,6 faiz təşkil edib.
Son bir ildə günəbaxan və qarğıdalı yağlarının qiymətində ciddi fərq müşahidə olunub.


Günəbaxan yağının orta qiyməti 5,7 manatdan 4,7 manata geriləyib. Qarğıdalı yağının qiyməti isə 7,7 manatdan 6,3 manata düşüb. Müqayisədən görünür ki, son bir ildə günəbaxan yağı 1 manat (17,5 faiz), qarğıdalı yağı 1,4 manat (18,2 faiz) ucuzlaşıb. 


Zeytun yağının dəyərində isə ötən bir ildə yüksəlmə qeydə alınıb. Bir il əvvəl 15 manata satılan zeytun yağının dəyəri hazırda 16 manatdır. Zeytun yağı bir il ərzində 1 manat, yaxud 6,7 faiz bahalaşıb. 


Xatırladaq ki, ucuzlaşmaya baxmayaraq, yağların qiyməti hələ də çox yüksəkdir. 2021-2023-cü illərdə yeyinti məhsulu kimi istifadə edilən yağların dəyərində kəskin artım baş verib. Qiymət artımları əsasən duru yağlarda baş vermişdi. Qeyd edilən müddətdə günəbaxan yağının qiyməti 2,9 manatdan 5,7 manata, qarğıdalı yağının qiyməti 4,3 manatdan 7,7 manata, marqarin yağının dəyəri 3,9 manatdan 6 manata, kərə yağı isə 16,5 manatdan 19,8 manata yüksəlmişdi. 
Son bir ildə yağların qiymətində müşahidə edilən azalma əvvəlki bahalaşmanın yalnız bri hissəsini kompensasiya edə bilib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...