Azərbaycana ən bahalı telefonlar haradan gətirilir? - STATİSTİKA

Azərbaycana ən bahalı telefonlar haradan gətirilir? - STATİSTİKA

Azərbaycana ötən il idxal edilən smartfon telefonların dəyərində rekord artım müşahidə edilib. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə ölkəmizə 1,267 milyon ədəd smartfon idxal edilib və bu qədər məhsulun xaricdən alışına 334,3 milyon dollar ödənilib.

 
2022-ci illə müqayisədə idxal edilən telefonların həm sayı, həm də dəyəri xeyli artıb. İki il əvvəl xaricdən 675 829 ədəd smartfon idxal edilmişdi və həmin telefonların alışına 153 milyon dollar xərclənmişdi. 


2023-cü ilə dair açıqlanan məlumatlardan görünür ki, idxal edilən telefonların qiymətində ciddi fərq var. Ötən il idxal edilən bir smartfonun alış qiyməti orta hesabla 263,8 dollar (448,5 manat) təşkil edib. Bu məbləğ 2022-ci ildə 226,4 dollar (385 manat), 2021-ci ildə 149,4 dollar (254 manat) olub. 


Bu müqayisə göstərir ki, Azərbaycan istifadəçilərində daha bahalı smartfonlara tələb artıb. Buna görə də telefonlara xərclənən vəsaitdə ciddi dəyişiklik var. 


Bəs Azərbaycana gətirilən smartfonlar hansı ölkələrdə istehsal olunur?

 

Ötən ilin məlumatlarına görə ölkəmizə əsasən 3 ölkədən  - Çin, Vyetnam və Hindistandan smartfon idxal edilib. 


2023-cü ildə Çindən 921 623 ədəd smartfon alınıb və bunun üçün 240 milyon dollar ödənilib. Çindən idxal edilən bir telefonun orta alış qiyməti 260 dollar (442,7 manat) olub. 


Vyetnamdan 266 990 ədəd smartfon idxal edilib və bu qədər telefonun alışına 68,12 milyon dollar xərclənib. Vyetnamdan gətirilən telefonların bir ədədinin orta alış qiyməti 255 dollar, yəni 434 manat təşkil edib. 


Hindistandan isə 74 520 ədəd smartfon alınıb və bu məqsədlə 22,05 milyon dollar ödənilib. Hindistan telefonlarının orta alış qiyməti 296 dollar (503 manat) olub. 
Adıçəkilən 3 ölkədən başqa daha bir neçə ölkədən də telefon idxal edilib. Onların arasında nisbətən çox telefon ABŞ-dən və Honkonqdan (Çinin xüsusi inzibati rayonu) alınıb. 


ABŞ-dən 2036 ədəd telefon alınıb və onlara 2,4 milyon dollar (birinin qiyməti 1179 dollar və ya 2 min manat), Honkonqdan isə 873 ədəd telefon alınıb və onlara 1,075 milyon dollar (birinin qiyməti 1 231 dollar, yaxud 2093 manat) ödənilib. 


Göründüyü kimi, ölkəmizə ən ucuz telefonlar Vyetnam və Çindən, ən bahalı telefonlar isə Avropa və ABŞ-dən gətirilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...