Azərbaycan bankları “Contact”la pul köçürmələrini DAYANDIRDI

Azərbaycan bankları “Contact”la pul köçürmələrini DAYANDIRDI
Kateqoriya məlum deyil
T

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

 

Sfera.az xəbər verir ki, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb. “Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

 

"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank"ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”.

 

 Qeyd edək ki, Contact pulköçürmə sistemi "QIWI Bank"ın məhsullarından biridir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR