Kreditini ödəməyən şəxsləri hansı cəza gözləyir? - "Qərəzli olaraq ödəmədiyi məlum olarsa..." + AÇIQLAMA 

Kreditini ödəməyən şəxsləri hansı cəza gözləyir? -

Milli valyutada problemli kreditlərin həcmi artıb. Problemli kreditlərin ödənilməsində banklar vətəndaşı həbslə qorxudur. Təcrübə göstərir ki, bu həmişə çıxış yolu olmur.

 

Bəs qanunvericilikdə krediti ödəməməyə görə həbs mümkündürmü?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, son zamanlar aldığı krediti qaytara bilməyən insanların sayı çoxalıb.

 

“Qanunvericiliyə əsasən, təminatlı kreditlərdə girov qoyulan mülk satılır və bankın pulu geri qaytarılır. Təminatsız kreditlərdə isə bir sıra problemlər yaranır. İcra haqqında qanunun tələblərinə uyğun olaraq vətəndaşa 10 gün könüllü müddət verilir. Bundan sonra artıq qanunun 43-cü madəsinə əsasən, məcburi icra tədbirləri həyata keçirilir. Beləliklə, vətəndaşın əmlakı müəyyən olunur, şəxsin krediti qərəzli və ya qərəzsiz ödəməməsi aşkar edilir. Kredit borcu olan şəxsin krediti qərəzli olaraq ödəmədiyi məlum olarsa, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilir. İcra məmurunun təqdimatına məhkəmədə baxılır. Borclu ya məhkəmə qərarı ilə cərimə edilir və yaxud 30 günədək inzibati həbs edilə bilər. Bəzən məhkəmə zallarında razılıq əldə edilir və şəxsə krediti ödəmək üçün vaxt verilir. Məhkəmə qərarlarını qərəzli şəkildə icra etməyən şəxslər isə həbs oluna bilərlər".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...

İtaliya vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani italiyalıları Livanı tərk etməyə çağırıb.   ...