İdxal mallarında bahalaşma ötən ildə də güclü olub – MÜQAYİSƏ

İdxal mallarında bahalaşma ötən ildə də güclü olub – MÜQAYİSƏ

Azərbaycana xaricdən gətirilən malların qiyməti ötən il əvvəlki ilə nisbətən 16,7 faiz artıb. 


Sfera.az xəbər verir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə idxal mallarında bahalaşma sürəti bir qədər zəifləyib. Ötən il idxal mallarında inflyasiya sürətinin zəifləməsinə baxmayaraq, xaricdən gətirilən malların dəyərində artım hələ də yüksək olub. Xatırladaq ki, 2022-ci ildə idxal malları 22,2 faiz bahalaşmışdı.


Azərbaycanda idxal mallarının daxili bazarda qiymətlərə təsir imkanları güclüdür. Pərakəndə ticarətdə satılan malların təxminən 40 faizi, emal müəssisələrində istifadə edilən aralıq malların 50 faizdən çox hissəsi idxal mallarından ibarətdir. Buna görə də idxal mallarında qiymət artımları çox yüksək olduqda bu, daxili bazarda qiymət artımlarını da gücləndirir. 


Ötən il 8,8 faizlik inflyasiyanın baş verməsinin əsas səbəbi məhz idxal mallarındakı qiymət artımı ilə bağlıdır. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR