Ödəniş kartlarından istifadə sürətlə ARTIB - FOTO

Ödəniş kartlarından istifadə sürətlə ARTIB - FOTO

Son 5 ildə ödəniş kartlarından istifadə sürətlə artıb. 

 

Sfera.az xəbər verir ki, bu Bakı Araşdırmalar İnstitutunun apardığı araşdırmada öz əksini tapıb.

 

Statistikaya görə, 2019-cu ildə hər 4 nəfərin 3 kartı var idisə, indi orta hesabla bir adamın cibində 2 kart var.  Artımın əsas hərəkətverici qüvvəsi isə təmassız kartlardır. Belə ki, 2023-cü ildə 16 min 925 ödəniş kartının 76.2 faizi təmassız kartların payına düşüb. "Card to card" funksiyasının inkişafı nəticəsində nağdlaşdırma əməliyyatlarının payı 74.7%-dən 43%-ə düşüb. 

 

Ümumilikdə ölkə daxilində və xaricində aparılmış əməliyyatların həcmi müvafiq olaraq 22 milyard 329 milyon manatdan 88 milyard 129 milyon manata, 1 milyard 479 milyon manatdan 3 milyard 211 milyon manata yüksəlib.


 
Elektron ticarət üzrə ödənişlərin həcmi isə 33.6 milyard artaraq 36.5 milyarda çatıb.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR