İsrail İtaliyanı ÖTDÜ  - Roma Azərbaycan neftindən İMTİNA EDİR?

İsrail İtaliyanı ÖTDÜ  - Roma Azərbaycan neftindən İMTİNA EDİR?

Əvvəlki illərdə Azərbaycandan ən çox neft idxal edən ölkə İtaliya olsa da bu ildən İsrail neft idxalında liderliyə yüksəlib. 


Sfera.az xəbər verir ki, İsrailin ilk sıraya yüksəlməsində İtaliyanın idxalı azaltması mühüm rol oynayıb. 2023-cü ilin yanvarında İtaliya 849 min ton neft aldığı halda bu ilin ilk ayında 179 min ton neft alıb. İtalyanlar bu il neft idxalını 4,74 dəfə azaldıb. 


İsrail isə idxalın miqdarını 382 min tondan 523,5 min tona çatdırıb. 


Ümumilikdə, bu il Azərbaycandan ən çox nefti İsrail, Tailand, İtaliya, Portuqaliya və Hindistan alıb. 2023-cü ildə isə ilk beşlikdə İtaliya, İsrail, Almaniya, Hindistan və Vyetnam var idi. 


Sıralamada mütəmadi olaraq dəyişiklik olsa da İtaliya hər zaman ilk yerdə qərarlaşırdı. 


Vasif 


OXŞAR XƏBƏRLƏR