Yanvarda idxal azalıb, ticarət saldosu böyüyüb – RƏQƏMLƏR

Yanvarda idxal azalıb, ticarət saldosu böyüyüb – RƏQƏMLƏR

2024-cü ilin yanvarında Azərbaycana idxalda ciddi azalma qeydə alınıb. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin birinci ayında xaricdən 1,412 milyard dollar dəyərində mal idxal edildiyi halda bu ilin ilk ayında 1,14 milyard dollar dəyərində, yəni 272 milyon dollar az idxal həyata keçirilib. 


İxrac isə təxminən əvvəlki ildə olduğu qədər olub. Buna görə də bu ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət fərq 702 milyon dollara çatıb. Ötən ilin yanvarında müsbət fərq 464 milyon dollar idi. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR