\"Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik\" - Deputatdan TƏKLİF

\

“Ölkəmizdə suya olan tələbata dair proqnozlar elə də pozitiv deyil”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib.

 

“Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik. Bu, bütün dünyada izlənilən tendensiyadır. Biz də bu dünyanın bir parçasıyıq. Əhali çoxalır, iqtisadiyyat böyüyür. Bu da suya olan ehtiyacı artırır. Təbii ki, hökumətin bu barədə tədbirləri mövcuddur. Lakin təklifim ondan ibarətdir ki, dəniz suyunun təmizlənməsi, Kür və çay sularının filterlənməsi üçün özəl sektorlara şərait yaradılsın. Texniki qurğularla sular təmizlənərək içməli suya çevrilə bilər. Özəl şirkətlər də bu işlərə cəlb edilə bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR