"Kommunal xidmət daha aşağı qiymətə təklif edilməlidir" - Vüqar Bayramov

“Bu qanun layihəsi çərçivəsində texniki şərtlər asanlaşdırılacaq”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

 

“Qoşulma xərcləri hələ də yüksək olaraq qalmaqdadır. Bu, biznes üçün əlavə xərclər yaradır. Kommunal xidmətləri təklif edən qurumlar, qiymətləri daha aşağı təklif etməlidir, çünki xidməti satırlar və biznes sektoru tərəfindən ödəniş edilir. Digər məsələ müddətlə bağlıdır. Nəzərə alsaq ki, su təchizatlarının qoşulması 30 gündür. Düşünürəm ki, bu, olduqca uzun müddətdir. Ümumilikdə, qanun layihəsini dəstəkləyirəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR